Logo

ADU-da italiyalı yazıçı, jurnalist və tərcüməçi  Carno Marino ilə görüş keçirilib

18.05.2021 21:56 1365 baxış
IMG

2021- ci il  18 may tarixində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin nəzdində İtalyan mərkəzinin təşkilatçılığı ilə İtaliyalı yazıçı , jurnalist və tərcüməçi   Carno Marino ilə görüş keçirilib.


Görüşdə fakültənin müəllim heyəti , tələbələr və magistratlar iştirak etmişdir .


Görüşdə İtlayn ixtisaslı və ingilis dilli tələbələr ilə Carno Marino dahi şair  Nizami Gəncəvi və  Petrarkanın əsərlərində "Sevgiyə baxış" mövzusunu  müzakirə etmişlər və hər  iki mədəniyyət  müqayisə olunmuşdur.


Carno Marino tələbələrimizin bu iki dahi sənətkar haqqında olan  fikirlərin dinləmişdir.


 Tədbiri  giriş sözu ilə açan fakültə dekanı , dosent  Bənövşə Məmmədova  qonağa iştirakına  görə və təşkilatçılığa  görə İtalyan mərkəzinin müdiri Nərgiz Cəfərovaya öz təşəkkürün bildirib .

Xəbər lenti